Ru
19:31 / 01 Sentyabr 2025

Xalasının işgəncə verdiyi iddia edilən yeniyetmə sığınacağa yerləşdiriləcək

Xalasının işgəncə verdiyi iddia edilən yeniyetmə sığınacağa yerləşdiriləcək
Eye

Bakıda yetkinlik yaşına çatmayan şəxsin zorakılığa məruz qalması ilə bağlı yeni təfərrüat məlum olub.

Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.


O qeyd edib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində baş vermiş hadisə ilə bağlı Dövlət Komitəsi tərəfindən dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb:


"Hadisə ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Sabunçu Rayon Polis İdarəsi tərəfindən ailəyə səfər edilib. Səfər zamanı məlum olub ki, qeyd edilən ünvanda yalnız yetkinlik yaşına çatmayan uşağın 21 yaşlı qardaşı olub. Uşaq isə qəyyumu tərəfindən Lənkəran şəhərinə aparılıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində yeniyetmənin qəyyumu ilə birgə dərhal Bakıya gətirilməsi təmin olunub. Qəyyumluğun ləğv edilməsi və uşağın xəstəxanaya yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar