Xəbər verdiyimiz kimi, Bakıda valideynlərini itirən uşağa qohumları tərəfindən ağır işgəncələr verildiyi deyilir.
Bakupost.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli məsələ ilə bağlı polis tərəfindən araşdırma aparıldığını bildirib:
“Araşdırmanın nəticəsi ilə bağlı hadisəyə hüquqi qiymət veriləcək”.
***
Xəbər verdiyimiz kimi, Bakıda valideynlərini itirən uşağa qohumları tərəfindən ağır işgəncələr verilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb: “Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış həyata keçirilir. Hadisə ilə bağlı digər məlumatlar araşdırma gedişatında bəlli olacaq”.
***
Valideynlərini itirən uşağa qohumları tərəfindən ağır işgəncələr verildiyi deyilir.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə “Qadın və Uşaq Sığınacağı” tərəfindən paylaşım olunub.
İddia edilir ki, yeniyetmənin 14 yaşı var və davamlı olaraq ağır işgəncələrə məruz qalıb: “Anası həyatını itirib, atası isə həbsxanada dünyasını dəyişib. Adının çəkilməsini istəməyən şəxslər bildiriblər ki, uşağı qəyyumluğa götürən xalası ona davamlı olaraq işgəncə verib. Uşağa qarşı aylardır zorakılıq edilib…”
Görüntülərdən də yeniyetmənin başında və bədəninin müxtəlif yerlərində ağır işgəncə izləri aydın görünür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən qafqazinfo-ya bildirilib ki, Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb: “Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış həyata keçirilir. Hadisə ilə bağlı digər məlumatlar araşdırma gedişatında bəlli olacaq”.