Ru
10:44 / 01 Sentyabr 2025

“Vaxt nə tez gəlib keçir!” yazıb Azərbaycandan getdi - FOTO

“Vaxt nə tez gəlib keçir!” yazıb Azərbaycandan getdi - FOTO
Eye

Ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Fransa səfiri Ann Buayon Azərbaycanı tərk edib.

Bakupost.az xəbər verir ki, A.Buayon bu barədə “X” hesabında paylaşım edib.

“Vaxt nə tez gəlib keçir! Missiyamın başa çatması ilə əlaqədar Fransanın Azərbaycandakı Səfirliyinin möhtəşəm komandasını tərk edirəm. Komandaya Sofi Laqutun rəhbərliyi altında Fransa və Azərbaycan arasında əlaqələrə, eləcə də regionda sülh və əməkdaşlıq perspektivlərinə xidmət etməkdə uğurlar arzulayıram”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, A.Buayon ölkəmizdə diplomatik missiyasını başa vurub. Fransa Sofi Laqutu Azərbaycandakı yeni səfiri postuna təyin edib.

“Vaxt nə tez gəlib keçir!” yazıb Azərbaycandan getdi - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar