Ru
11:57 / 01 Sentyabr 2025

Çin sammitinin iştirakçıları dünyaya bunları mesaj verdilər

Çin sammitinin iştirakçıları dünyaya bunları mesaj verdilər
Eye

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Tyançzin Bəyanatını qəbul ediblər.

Bakupost.az -ın TASS-a istinadən xəbərinə görə, yekun sənəddə sammit iştirakçıları ABŞ və İsrailin İrana endirdiyi zərbələri pisləyiblər, hərbi münaqişələr zamanı nüvə infrastrukturuna ziyan vurulmasının yolverilməz olduğunu qeyd ediblər.

Sənəddə həmçinin terrorçuluğu pislənilib və ona qarşı mübarizədə ikili standartların qəbuledilməz olduğu vurğulanıb.

Sammit iştirakçıları habelə Əfqanıstanda sülh və inkişafın təmin olunması istiqamətində beynəlxalq ictimaiyyətin səylərini dəstəkləməyə hazır olduqlarını, süni intellektlə bağlı təhlükəsizlik risklərinin qarşısının alınması üçün birgə işləməyə hazır olduqlarını bildirib, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin müddəalarının qəti şəkildə yerinə yetirilməsinin vacibliyini dəstəkləyiblər.

Bəyanatda hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi, bütün dövlətlərin interneti tənzimləmək və milli seqmentində onu idarə etmək hüququnun tanınması, bu sahədə suverenliyə dəstək verilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq, kosmosun istənilən silahdan azad bir məkan olaraq qalmasının vacibliyi, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasına dair “Avropa üçlüyü”nün təşəbbüsünün qeyri-qanuni olması kimi məsələlər də vurğulanıb.

Sonda ŞƏT-də sədrliyin Qırğızıstana keçdiyini bəyan edilib. Eləcə də
ŞƏT "müşahidəçi" və "dialoq tərəfdaşı" statuslarını birləşdirmək barədə qərar qəbul edib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar