Ru
13:40 / 01 Sentyabr 2025

Azərbaycanda mobil operator fəaliyyətini dayandırır

Azərbaycanda mobil operator fəaliyyətini dayandırır
Eye

Dekabr ayının birindən "Naxtel" MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi dayandırılacaq.

Bakupost.az xəbər verir ki, "Naxtel" MMC abunəçiləri hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 01.10. 2025-ci il tarixindən 01.12.2025-ci il tarixinədək ölkədə fəaliyyət göstərən digər mobil operatorlara ("Azercell", "Bakcell", "Nar") müraciət etmələri tövsiyə olunur.

Dekabrın birindən yuxarıda adları çəkilən mobil operatorların şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri onların istifadəsindən çıxarılacaq (ləğv ediləcək) və həmin nömrələr üzrə mövcud müqaviləyə xitam veriləcək. Müqaviləyə xitam verilməsi ilə nömrədə mövcud olan və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SIM kartın balansında qalan, lakin istifadə edilməmiş vəsaitlər silinəcək (sıfırlanacaq).

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar