Ru
10:28 / 01 Sentyabr 2025

Əfqanıstanda dəhşətli zəlzələ - 622 ölü, 1500 yaralı - YENİLƏNİB

Əfqanıstanda dəhşətli zəlzələ - 622 ölü, 1500 yaralı - YENİLƏNİB
Eye

Xəbər verdiyimiz kimi, Əfqanıstanın Əsədabad şəhəri yaxınlığında 6,2 bal gücündə zəlzələ olub.

Bakupost.az xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, zəlzələ yerin10 km dərinliyində olub.

Dağıntılar nəticəsində 622 nəfər ölüb, 1500 yaralı var.

***

Ötən gün Əfqanıstanın Kunar vilayətində 6,2 bal gücündə zəlzələ baş verib.

Bakupost.az bildirir ki, “Reuters”in məlumatına görə, zəlzələdə ölənlərin sayı 500-ə, yaralananların sayı isə 1000 nəfərə çatıb.

Qeyd olunub ki, yeraltı təkanlar qonşu Pakistanda da hiss olunub.

***

Əfqanıstanın Hindquş dağları bölgəsində avqustun 31-də baş vermiş zəlzələ nəticəsində 200-dən çox insan ölüb.


Bakupos.az xəbər verir ki , bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Xinhua" agentliyi məlumat yayıb.

Məlumata görə, Cəlalabad şəhərində yaşayış binasının dam örtüyünün uçması nəticəsində iki uşaq ölüb.

ABŞ Geoloji Xidməti məlumat yayıb ki, seysmik hadisə yerli vaxtla saat 23:47-də (Bakı vaxtı ilə 23:17 - red.) Hindiquş bölgəsində qeydə alınıb, təbii fəlakətin ocağı təxminən 10 km dərinlikdə yerləşib. Episentr təxminən 280 000 nəfərin yaşadığı Cəlalabad şəhərindən 42 km məsafədə, dağlıq ərazidə yerləşib.

Zəlzələnin təsirləri geniş ərazidə, o cümlədən Hindistanın Nyu-Delhi şəhərində hiss edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar