Ru
08:15 / 01 Sentyabr 2025

Tramp: İdxal rüsumları ləğv edilsə, ABŞ üçüncü dünya ölkəsi olacaq

Tramp: İdxal rüsumları ləğv edilsə, ABŞ üçüncü dünya ölkəsi olacaq
Eye

Gömrük rüsumları qaldırılsa, ABŞ üçüncü dünya ölkəsi ola bilər.

Bakupost.az xəbər verir ki, bu fikri bazar günü Amerika lideri Donald Tramp "Truth Sosial"dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ iqtisadiyyatına ilk növbədə rüsumlar hesabına 15 trilyon dollardan çox investisiya qoyulacaq. Əgər rüsumlar məhkəmənin qərarı ilə dayandırılsa, onda bu sərmayənin demək olar, hamısı və daha çox gəlirlər dərhal ləğv ediləcək. "Bir çox cəhətdən biz yenidən böyük ölkə olmaq ümidi olmayan üçüncü dünya ölkəsi olacağıq", - Tramp qeyd edib.

Başqa paylaşımda o, həmçinin ölkədə qiymətlərin, o cümlədən enerji daşıyıcılarının qiymətlərinin azaldığını və "inflyasiya faktiki olaraq olmadığını" vurğulayıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar