Ru
09:48 / 01 Sentyabr 2025

26 yaşlı Rüstəmin öldüyü hadisənin anbaan GÖRÜNTÜLƏRİ

26 yaşlı Rüstəmin öldüyü hadisənin anbaan GÖRÜNTÜLƏRİ
Eye

Xəbər verdiyimiz kimi, avqustun 30-u saat 09:20 radələrində Kürdəmir şəhərinin Vaqif küçəsində 1999-cu il təvəllüdlü Rüstəm Şahin oğlu İsmiyev ağır qəza nəticəsində həlak olub.

Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisənin görüntüləri yayılıb.

Görüntülərdən Rüstəmin yüksək sürətlə idarə etdiyi “BMW” markalı avtomobillə əvvəlcə “VAZ” markalı avtomobillə toqquşduğu, daha sonra idaretmədən çıxdığı və digər avtomobilin arxa hissəsinə toxunaraq yolun kənarına doğru istiqamətləndiyi və xeyli məsafə qət edərək ofisə çırpıldığı məlum olur. Bildirilib ki, avtomobilin sürəti saatda təxminən 130-140 kilometr olub.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, 26 yaşlı R.İsmiyev əvvəllər Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərəbqubalı kənd üzrə nümayəndəsinin müavini vəzifəsini tutub. Son olaraq Kürdəmir Peşə Liseyində çalışırmış. Onun atası Şahin İsmiyev isə uzun müddət DSMF-nin bu rayondakı şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.



26 yaşlı Rüstəmin öldüyü hadisənin anbaan GÖRÜNTÜLƏRİ
26 yaşlı Rüstəmin öldüyü hadisənin anbaan GÖRÜNTÜLƏRİ
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar