Ru
11:15 / 01 Sentyabr 2025

Ağdamda valideynlərinin işgəncə verdiyi uşaq əməliyyat oldundu - Vəziyyəti ağırdır

Ağdamda valideynlərinin işgəncə verdiyi uşaq əməliyyat oldundu - Vəziyyəti ağırdır
Eye

TƏBİB Ağdamda valideynlərin zorakılıq tətbiq etdiyi körpənin vəziyyəti ilə bağlı məlumat yayıb.

Bakupost.az-a bildirilib ki, 2023-cü il təvəllüdlü azyaşlının müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, 27.08.2025-ci il tarixində saat 16:20 radələrində komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan azyaşlı zəruri tibbi xidmət göstərildikdən sonra, daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

Pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar