Ru
19:06 / 01 Sentyabr 2025

Putin və Tramp arasında Zelenski ilə görüş barədə... - Kreml

Putin və Tramp arasında Zelenski ilə görüş barədə... - Kreml
Eye

Alyaskada Rusiya və ABŞ arasında çoxlu qarşılıqlı anlaşma əldə olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, ABŞ prezidentinin müşaviri Stiv Vitkoffun səfərləri Putin və Tramp arasında Alyaskada söhbətin əsası olub və bunun əsasında prezidentlər gələcək addımlar barədə razılaşıblar.

Uşakov bildirib ki, Putin və Trampın Ankoricdə keçirilən sammiti zamanı Rusiya və Ukrayna nümayəndə heyətlərinin səviyyəsinin artırılması ideyasına toxunulub.

Kreml rəsmisi deyib ki, Putin və Tramp arasında Rusiya prezidenti ilə Zelenskinin görüşü və ya üçtərəfli görüş barədə razılıq əldə olunmayıb.

O, Ukrayna böhranı mövzusunun ŞƏT-in Tyantszin sammiti çərçivəsində müzakirə olunduğunu, Putinin bir çox həmkarları ilə Trampla Alyaskada keçirilən sammitdən sonra əldə olunan razılaşmaları müzakirə etdiyini də söyləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar