Ru
17:00 / 10 İyun 2025

20 yaşlı Dərya qarpızdan zəhərlənib ölüb? - Rəsmi CAVAB

20 yaşlı Dərya qarpızdan zəhərlənib ölüb? -  Rəsmi CAVAB
Eye

Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin "qida zəhərlənməsi" (qarpız) səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar