Ru
16:26 / 26 Sentyabr 2025

24 yaşlı ananın 4-cü uşağı maşında doğuldu - VİDEO

24 yaşlı ananın 4-cü uşağı maşında doğuldu  - VİDEO
Eye

Zərdab rayonunda avtomobildə körpə dünyaya gəlib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Zərdab Rayon Mərkəzi Xəstəxanasından saytımıza bildirilib ki, ötən gün saat 10:30 radələrində 2001-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə əlaqədar xəstəxananının Doğum evinə müraciət edib.

Doğuş prosesi yolda olarkən anidən başladığından proses Doğum şöbəsinin həkim heyəti tərəfindən tibb müəssisəsinin həyətində tamamlanıb.

Qadının 4-cü hamiləliyindən boyu 46 sm, çəkisi 2 kq.300 qram oğlan övladı dünyaya gəlib.

Tibb müəssisəsinin Doğuş şöbəsində yerləşdirilən zahı qadına və körpəsinə zəruri tibbi xidmətlər göstərilib.

Zahı qadından və körpədən lazımi laborator analizlər götürülüb, ultrasəs müayinəsinə (USM) cəlb olunub və hər ikisinin vəziyyəti nəzarətdə saxlanılır.

Ana və körpənin müalicələri müvafiq şöbədə davam etdirilir, hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar