Ru
13:41 / 02 İyun 2021

25 ilə ən yüksək keyfiyyətə çatan çay - FOTOLAR

5912
Çay mədəniyyətdir...

Mədəniyyətin formalaşması isə illər tələb edən bir prosesdir. Təsəvvür edin, bir çay ağacı əkirsiniz, ən yaxşı, ən yüksək keyfiyyətli yarpaqları əldə edə bilmək üçün 25 il gözləməlisiniz. Bəli, bir çay ağacı məhz 25 ildən sonra özünün ən keyfiyyətli günlərinə qədəm qoyur.

Lənkəran deyəndə təbii ki, ilk olaraq məşhur "Lənkəran çayı" yada düşür. Birinci Qarabağ savaşı illərində, Lənkəran çayı özünün ən çətin günlərini yaşayır, əkinçilər, bağ sahiblərinin bəziləri çay ağaclarını kökündən kəsərək yeni meyvə-tərəvəz əkininə yönəlir. Müstəqilliyimizin güclənməsinin ardından çayçılıq yenidən inkişafa qədəm qoyur.



İki il bundan öncə Zaqatalada gəzərkən təsadüfən yolum oradakı çay plantasiyasından keçdi və çayçılarla maraqlı bir gün yaşadım. Elə həmin gündən ürəyimdə Lənkəran çay plantasiyalarını görmək eşqi qalırdı.

Gördüm də, onu da gördüm ki, çayçıların əhvalı yüksəkdir, min bir zəhmətlə əkib becərdikləri ağaclardan ilin ən gözəl "buket çayı" adlanan çay yarpaqlarını yığmaqla məşğuldular.

Bakupost.az Lənkəran çay plantasiyasından hazırladığı fotoreportajı təqdim edir:


Fotoqraf: Azər Kazımlı


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər