Astrologiyada lider xüsusiyyətləri ilə diqqət çəkən bürclər var.
1-Dolça bürcü
Dolça bürcü həmişə zəkaları və hər kəsdən fərqli fikirləri sayəsində uğura doğru qaçır. İnsanların saatlarla gördüyü işləri qısa müddətdə tamamlayırlar. Dolçalar iş həyatında ən yaxşısı olmaq üçün mübarizə aparırlar. Başqalarına yol göstərirlər. Onlar hər şeyə hakimdirlər. Məqsədlərinə çatmaq üçün hər cür səy göstərirlər.
2- Balıqlar
Balıqlar insanları idarə etməkdə çox bacarıqlıdırlar. Onlar emosional və yumşaq ürəkli olduqları üçün insanları çox yaxşı anlayır və empatiya qururlar.Ən mehriban hökmdarlar adətən balıqlardan gəlir. Balıqlar bütün işlərini planlaşdırır və qısa müddətdə başa çatdırmağa çalışırlar. Təxəyyülü sayəsində fərqli düşüncələri, ideyaları ilə diqqət çəkir. Bu səbəbdən də iş dünyasında çox uğurlu olurlar.
3- Əkizlər
Əkizlər bürcü işə başlamazdan əvvəl dərhal plan qurur. Bütün qaydalara riayət edərək hərəkət edirlər. Ən təsirli hökmdarlar əkizlər bürcündəndir, baxmayaraq ki, onlar bəzən sərt və kobud davrana bilərlər. Əkizlər çox yüksək iş potensialına malikdirlər. Onlar dayanmadan işləyir, çox enerjili olduqları üçün ətrafdakıları da işləməyə təşviq edirlər. Bu davranışlarına görə çox yaxşı komanda lideri ola bilərlər.
4- Xərçəng
Xərçənglər başqalarının hisslərinə çox həssasdırlar. Empatiya hissləri hər zaman yüksəkdir.
Xərçənglər stress altında işləməyi sevmirlər. Onlar işçilərini çox yaxşı idarə edirlər. Planlı və proqramlı hərəkət edərək bütün işləri tələsmədən bitirirlər.
5- Şir
Şir bürcü liderliyi ilə seçilir. Onlar yalnız xüsusiyyətləri ilə deyil, görünüşləri ilə də liderliyə uyğundurlar. Şir işi hamı arasında bərabər bölür, vaxtında çatdırmaq üçün çalışırlar. Amma iş zamanı hansısa səhv olarda çox asanlıqla özlərindən çıxar, əsəbiləşə bilərlər.
Aygün
BakuPost