Ru
10:23 / 02 Dekabr 2019

60 min nəfər QİÇS-ə yoluxdu

2039
İranda indiyədək 60 min nəfərin QİÇS virusuna yoluxduğu deyilir.

BakuPost xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi İranın Səhiyyə Nazirliyində Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində keçirilən tədbirdə deyib.


Ə.Rəisinin sözlərinə görə, QİÇS virusu müəyyənləşən 40,5 min nəfərin təxminən 18,9 mini dünyasını dəyişib.

Nazir müavini əlavə edib ki, QİÇS virusu müəyyənləşənlərin 82%-i kişi, 18%-i qadındır:

“QİÇS-ə yoluxma hallarının 60%-i şpris, 22%-i cinsi əlaqə, 1,7%-i anadan körpəyə nəql olunmasına aiddir”.

Ə.Rəisi əlavə edib ki, ötən il yarım ərzində şprislə yoluxma halı 31% azalıb, cinsi əlaqə ilə yoluxma halı 48,4% artıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər