Ru
19:08 / 28 Oktyabr 2025

ABŞ-dan Sakit okeanda əməliyyat: 14 narkotacir öldürüldü - VİDEO

ABŞ-dan Sakit okeanda əməliyyat: 14 narkotacir öldürüldü - VİDEO
Eye

ABŞ ordusu ötən gün Sakit okeanın şərq hissəsində narkotik daşıyan 4 gəmiyə aviazərbələr endirib.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset “X” hesabında bildirib.

Onun sözlərinə görə, aviazərbələr nəticəsində 14 narkotacir öldürülüb. Əməliyyat zamanı ABŞ qüvvələri hər hansı bir itki verməyib.

“Bu narkotacirlər “Əl-Qaidə”dən daha çox amerikalı öldürüb, biz onlarla eyni cür rəftar edəcəyik”, - nazir vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ bir neçə dəfə Karib hövzəsində narkoticarətlə məşğul olan gəmilərə zərbə edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar