Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Kahramankazan rayonunda "BMC Ankara Tank və Yeni Nəsil Zirehli Maşınlar" İstehsalat Müəssisəsinin və ilk yeni "Altay" tanklarının təhvil verilməsi mərasiminə qatılıb.
Bakupost.az xəbər verir ki, Ərdoğan qatıldığı tədbirə xüsusi dizaynlı limuzin tipli "Togg T10X" avtomobili ilə gəlib.
Bildirilir ki, dörd sıra oturacaqları olan model "Togg"un xüsusi istehsal seriyalarından biridir.
Prezident Ərdoğanı mərasimdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və nəqliyyat naziri Abdulkadir Uraloğlu müşayiət edib.
Mərasimdə Bilal Ərdoğanın iştirakı da diqqət çəkib.