ABŞ 2026-cı il FIFA Dünya Kubokunda komandalara verilən pul mükafatlarının bir hissəsindən vergi tutacaq.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, turnir ilk dəfə 48 komandanın iştirakı ilə keçirilib. Yarışın 104 oyunundan 78-i ABŞ-də, 13-ü Kanadada, 13-ü isə Meksikada baş tutub.
Dünya çempionu olan İspaniya 51 milyon dollar, finalçı Argentina 34 milyon dollar, üçüncü yeri tutan İngiltərə 30 milyon dollar, dördüncü olan Fransa isə 28 milyon dollar mükafat qazanıb.
Oyunların böyük hissəsinin ABŞ-də keçirilməsi səbəbindən mükafatların bir hissəsi ABŞ mənbəli gəlir hesab ediləcək və vergiyə cəlb olunacaq. Vergi dərəcəsi hələ dəqiqləşdirilməsə də, 30 faiz tətbiq ediləcəyi halda İspaniyanın 31,8 milyon dollarlıq gəlirindən təxminən 9,56 milyon dollar vergi tutulacağı bildirilir.
Vüsalə Hüseynova,
BakuPost