ABŞ-ın Ermənistanda kiçik modul reaktorlar tikmək planları cəlbedici biznes təklifləridir, lakin Amerika hələ bir dənə də olsun kiçik modul reaktor tikməyib, hətta birini işə salmayıb və ya daha da artığı, sənaye əməliyyatlarını təcrübədən keçirməyib.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“Bəli, ABŞ-da bunu edən bir neçə şirkət var. Bəli, hamısının çox gözəl biznes təklifləri var. Amma, necə deyərlər, nüanslar var...”, - o bildirib.