Ru
20:45 / 18 Avqust 2025

ABŞ Latın Amerikasına 4 minlik desant qrupu göndərir - SƏBƏB

ABŞ Latın Amerikasına 4 minlik desant qrupu göndərir - SƏBƏB
Eye

ABŞ Müdafiə Nazirliyi Latın Amerikası yaxınlığındakı bölgələrə 4 mindən çox dəniz piyadası göndərir.

Bakupost.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, bu addım, Prezident Donald Trampın narkokartellərə qarşı hərbi qüvvələrdən istifadə etməyə hazır olduğunu bildirməsindən sonra güc nümayişi məqsədilə atılır.

Məlumata görə, ABŞ-ın Cənub Komandanlığının məsuliyyət sahəsinə daxil olan Mərkəzi və Cənubi Amerika bölgəsinə “İvodzima” amfibiya-desant qrupu və 22-ci ekspedisiya dəniz piyadaları dəstəsi göndərilir.

Hərbi bölmələrin konkret vəzifələri açıqlanmasa da, "The New York Times" qəzeti daha əvvəl yazmışdı ki, Tramp Pentaqona Latın Amerikası narkokartellərinə qarşı hərbi əməliyyat variantlarını hazırlamağı tapşırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar