Ru
21:14 / 18 Avqust 2025

Zelenski Trampla görüşündən əvvəl Avropa liderləri ilə görüşüb - VİDEO

Zelenski Trampla görüşündən əvvəl Avropa liderləri ilə görüşüb - VİDEO
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski Trampla görüşündən əvvəl Avropa liderləri ilə görüşüb.

Bakupost.az xəbər verir ki, Ukraynanın ABŞ-dakı səfirliyində baş tutan görüşdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Finlandiya Prezidenti Aleksander Stubb, NATO-nun Baş katibi Mark Rütte, Britaniyanın Baş naziri Kir Starmer və İtaliyanın hökümət başçısı Ciorcia Meloni iştirak edib.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə ABŞ Prezidenti Donald Trampla görüşdən əvvəl Finlandiya, Böyük Britaniya, İtaliya və Avropa Komissiyasının liderləri və NATO-nun Baş katibi ilə mövqelərini razılaşdırdığını bildirib:

“Əsas məqsədimiz Ukrayna və bütün Avropa üçün etibarlı və davamlı sülhdür. Bütün görüşlərimizin dinamikasının məhz bu nəticəyə gətirib çıxarması vacibdir”, - Ukrayna lideri qeyd edib.

Zelenski qətllərin dayandırılmasının vacibliyini vurğulayıb, etibarlı və ləyaqətli sülhün bərqərar olması üçün çalışan tərəfdaşlara təşəkkür edib.

“Finlandiya, Böyük Britaniya, İtaliya və Avropa Komissiyasının liderləri və NATO-nun Baş katibi ilə birlikdə Prezident Trampla görüşdən əvvəl mövqelərimizi razılaşdırdıq. Ukrayna real atəşkəsə və yeni təhlükəsizlik arxitekturasının yaradılmasına hazırdır. Bizə sülh lazımdır”, - Ukrayna prezidenti bildirib.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar