Kolumbiyanın paytaxtı Boqotada etirazçılar ABŞ səfirliyinə hücum edərək, 4 polisi oxlardan, partlayıcı və yandırıcı vasitələrdən istifadə edərək yaralayıblar.
Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro X hesabında yazıb.
"Mən ABŞ-ın Boqotadakı səfirliyi ətrafında maksimum ehtiyatlı olmağı əmr etdim. Təəssüf ki, blokadanın aradan qaldırılması üçün Xalqlar Konqresi ilə razılığa gəldikdən sonra daha radikal bir qrup səfirliyi qoruyan polisə hücum etdi. Bir neçə polis oxlarla yaralandı. Səfirlik söz verdiyim kimi mühafizə edildi”, - o yazıb.