Ru
09:00 / 18 Oktyabr 2025

Çin polisinin "ağıllı" itləri

Çin polisinin "ağıllı" itləri
Eye

Çinin Hançjou şəhərinin küçələrində robot-itlər patrul xidmətinə başlayıblar.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hazırda robot-itlər sınaq mərhələsindədirlər və ayın sonundan etibarən yerli polis tərəfindən rəsmi xidmətə cəlb olunacaqlar. Süni intellekt, yüksəkdəqiqlikli kameralar və sensorlarla təchiz edilən bu robotlar ətraf mühiti tanıya və müstəqil qərarlar qəbul edə bilirlər.

Məlumata görə, hüquq-mühafizə orqanları bu robot-itlərdən qadağan olunmuş ərazilərdə park edilmiş avtomobilləri müəyyənləşdirmək və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə istifadə etməyi planlaşdırır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar