Ru
10:32 / 18 Oktyabr 2025

Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi

Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
Eye

Samux rayonunda ictimai asayişi pozan şəxs həbs edilib.

Bakupost.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində baş verib.

Belə ki, polis əməkdaşları şalvarının bel kəmərinə bıçaq taxaraq kənddəki “Əli” marketin qarşısında hərəkət edən şəxsi saxlayıblar. Onun Qarayeri kənd sakini 1977-ci il təvəllüdlü S.Məmmədov olması müəyyən edilib.

Saxlanılarkən müqavimət göstərən, eləcə də kənd ərazisində xuliqanlıq əməlləri törədən şəxs barəsində inzibati protokol tərtib edilib.

Samux Rayon Məhkəməsinin qərarı ilə S.Məmmədov 8 sutkalıq həbs edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar