Ru
11:49 / 18 Oktyabr 2025

Gələn il I Türkoloji Qurultayın 100 illiyi keçiriləcək

Gələn il I Türkoloji Qurultayın 100 illiyi keçiriləcək
Eye

2026-cı ildə Türk Dövlətlər Birliyinin iştirakı ilə I Türkoloji Qurultayın 100 illiyi keçiriləcək.

Bakupost.az xəbər verir ki, Prezident İlham Əliyev bunu "Kazinforma" müsahibəsi zamanı bildirib.

"1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay türk mədəniyyəti və elminin inkişafında mühüm mərhələ olub. Gələn il bu tarixi hadisənin 100 illiyi qeyd olunacaq və yubiley TDT çərçivəsində təntənəli şəkildə keçiriləcək" - deyə İlham Əliyev qeyd edib.

Qeyd edək ki, I Türkoloji Qurultayı 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultay kimi tarixə düşüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar