Ru
09:54 / 18 Oktyabr 2025

Bu ölkə 400 min avroya “qızıl viza” verəcək

Bu ölkə 400 min avroya “qızıl viza” verəcək
Eye

Rumıniya parlamentində xarici sərmayələrin təşviqinə yönəlmiş “qızıl viza” proqramına dair qanun layihəsi müzakirəyə təqdim olunub.

Bakupost.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, layihə Avropa İttifaqı xaricindən olan vətəndaşlara ölkədə ən azı 400 min avro məbləğində sərmayə yatırmaqla 5 illik müvəqqəti yaşayış icazəsi verilməsini nəzərdə tutur.

Sərmayə müxtəlif sahələrə — dövlət istiqrazları, daşınmaz əmlak və şirkət səhmlərinə yönəldilə bilər. Proqrama əsasən, vəsait azı 5 il müddətində ölkədə saxlanmalıdır.

Müraciət edən şəxslərin investisiyanın qanuni mənbədən əldə edildiyini sübut etməsi, cinayət keçmişinin olmaması və milli təhlükəsizlik üçün risk yaratmaması tələb olunur. Yaşayış icazəsi həmçinin investorların ailə üzvlərini də əhatə edəcək.

Qanun layihəsi hazırda ilkin mərhələdədir. Qəbul olunduğu halda, Rumıniya 2026-cı ildən etibarən “qızıl viza” proqramını tətbiq etməyi planlaşdırır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar