Ru
13:37 / 18 Oktyabr 2025

AZAL-ın təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat etdi

AZAL-ın təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat etdi
Eye

AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə Lent.az-a mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, o bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.

Qeyd edək ki, Nurullah Siracov qəzadan sonra həyat yoldaşı ilə əlaqə saxlaya bilmirdi. Günlər sonra isə N.Siracovun Yeni Klinikada xanımına qovuşmasını əks etdirən videogörüntülər sosial şəbəkələrdə maraqla qarşılanmışdı.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar