Ru
22:38 / 17 Oktyabr 2025

"Səbuhiyə yalan məlumatlar verilib" - Tovuzdakı tükürpədici cinayətin TƏFƏRRÜATI

"Səbuhiyə yalan məlumatlar verilib" - Tovuzdakı tükürpədici cinayətin TƏFƏRRÜATI
Eye

29 yaşlı Mətanət Hacızadənin dəhşətli qətli ilə bağlı ailə üzvləri və yaxınları danışıblar. Ailə mərhumun həyat yoldaşı tərəfindən qətlə yetirilməsinin səbəbi kimi kənar şəxslərin verdiyi yalan məlumatları göstərib.

Qətlə yetirilən Mətanət Hacızadənin atası bildirib ki, kimsə kürəkəninə qızı haqqında əsassız və yalan məlumatlar çatdırıb.

"Aralarında narazılıq var idi. Gəldi bu hadisəni törətdi. Ona qızım haqqında nalayiq söhbətlər deyiblər. Bu faktların hamısı yalandır. Uşağı məktəbə aparanda orada görüşdük. Görüşdən sonra mən ona dedim: "Boşanmaq istəyirsən, boşan, mənim balamdan əl çək". Sonra acıq elədi, çıxdı getdi. Mən gəlib evdə oturmuşam, xəbərim olmayıb. Gedib bıçaqla vurub qaçıb. Kürəkənim əvvəllər sakit bir insan olub", - deyə ata hadisənin təfərrüatını açıqlayıb.

Mərhumun dayısı isə məlumat verib ki, Mətanətin anası narahat olaraq ona zəng edib: "Anası zəng edib dedi ki, qızı telefonu götürmür, maraqlanaq haradadır. Çıxıb çölə, görüb Mətanət yoxdur".

Mətanətin anası bildirib ki, yalan məlumatlar səbəbindən həyat yoldaşı ona inanmayıb: "Düşdü balamın üstünə ki, guya sən "TikTok"da kimləsə yazışırsan. Beyninə həkk elədi. Çıxdı getdi Almaniyaya, orada içkiyə qurşandı. Gündə canlıda bir hoqqa çıxarırdı. Mən də getdim qızımı evimə gətirdim. Dedim gələndən sonra aparıb boşadaram. Günahsız balamı belə hala qoydu".

Səbuhinin anasının sözlərinə görə, gəlininin toya tək getməsi barədə də yalan məlumatlar yayılıb: "Yalandan deyiblər ki, guya gəlin uşaqları da qoyub təkbaşına toya gedib. Dedim, ay oğul, sənə yalan deyirlər. Beyninə o qədər girmişdilər ki... Mənim gəlinim aydan arı, sudan durudur. Bir dənə səhvi olmayıb. O qədər beynini doldurmuşdular ki, ancaq deyirdi öldürəcəyəm".

Ətraflı APA TV-nin süjetində:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar