Bu ilin avqustunda Alyaskada baş tutmuş Tramp-Putin danışıqları iki prezidentin münasibətlərində soyuqluq yaradıb və Trampın şəxsi münasibətləri yenidən nəzərdən keçirməsinə səbəb olub.
Bakupost.az bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb.
Amerika lideri masada Rusiya üçün yaxşı təklif olduğuna inanıb. Amerikalı və rusiyalı iştirakçılar üçlüyünün əyləşdiyi otaqda kameralar qarşısında bütün əl sıxma və təbəssümlər normal olsa da, sonradan atmosfer dəyişib.
Putin atəşkəs müqabilində Amerika sanksiyalarının yumşaldılması ideyasını rədd edib və müharibənin yalnız Ukraynanın ərazilərini verməyə razılaşdığı təqdirdə bitəcəyini bildirib. Daha sonra, Putin Rurik və Yaroslav Mudrıdan başlayaraq Bohdan Xmelnitskiyə keçərək "tarixi ekskursiya edib". Qəzetin məlumatına görə, o bundan Ukrayna və Rusiyanın bir millət olması tezisini dəstəkləmək üçün istifadə edib.
Tramp isə bunu gözləmirdi. Məlumata görə o, bir neçə dəfə səsini qaldırıb və hətta Putini danışıqlar zalını tərk etməklə hədələyib. Nəticədə, yenilənmiş əməkdaşlığın iqtisadi perspektivlərini müzakirə etmək üçün planlaşdırılan nahar ləğv edilib və hətta iki prezidentin mətbuat konfransı Tramp və Putinə sual vermək imkanı olmadan qısa mətbuat brifinqinə çevrilib. (Unikal.az)