Ru
22:55 / 17 Oktyabr 2025

Azərbaycanlı alim Radford Universitetində yüksək vəzifəyə təyin olundu

Azərbaycanlı alim Radford Universitetində yüksək vəzifəyə təyin olundu
Eye

ABŞ-də fəaliyyət göstərən azərbaycanlı akademik Əqidə Mənizadə yüksək vəzifəyə təyin olunub.

Bakupost.az "Report"a istinadən xəbər verir ki, o, ABŞ-nin Virciniya ştatında yerləşən Radford Universitetində Magistratura işləri üzrə köməkçi prorektor təyin edilib.

Radford Universitetinin prorektoru Betani Uşer bildirib ki, bu təyinat tələbə mərkəzli modelin gücləndirilməsinə və universitetin magistratura təhsilində uğurların artırılmasına xidmət edir. Universitet jurnalı azərbaycanlı akademikin beynəlxalq təhsilə verdiyi əhəmiyyətli töhfələr barədə geniş məqalə yayımlayıb. pizza mizza

Qeyd edək ki, Əqidə Mənizadə Bakı Dövlət Universitetində riyaziyyat üzrə bakalavr və magistr dərəcələrini, "William & Mary" Kollecində riyaziyyat təhsili üzrə magistr dərəcəsini, Virciniya Universitetində isə riyaziyyat təhsili üzrə fəlsəfə doktoru dərəcəsini alıb. O, 2009-cu ildən etibarən Radford Universitetinin Riyaziyyat və Statistika Departamentində professor vəzifəsində çalışır. Ə. Mənizadə həmçinin Virciniya Riyaziyyat Müəllimləri Şurasının prezidenti və "Virciniya Riyaziyyat müəllimi" jurnalının baş redaktorudur.

Akademikin tədqiqat sahələri arasında riyaziyyat təhsili, tədris metodologiyası, onlayn təhsil və təhsil qiymətləndirməsi yer alır. O, 27 elmi nəşrə imza atıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar