ABŞ senatoru Lindsi Qrem “Fox News” telekanalına canlı yayımda İranla bağlı sərt mesajlar səsləndirib.
Bakupost.az xəbər verir ki, “Make Iran Great Again” (İranı yenidən böyük edək) yazılı papaq geyinən Qrem ABŞ nin Tehran siyasətini şərh edib.
Qrem bildirib ki, ABŞ nin İrana dair bütün seçimləri – diplomatik, hərbi və digər bütün mümkün variantlar nəzərdən keçirilir:
“Biz bütün mümkün variantları – diplomatiyadan hərbi əməliyyatlara qədər ssenariləri nəzərdən keçiririk. Bütün seçimlər masadadır”.
Senator İranla bağlı sərt mövqeyini bir daha ortaya qoyub. Bu bəyanat bölgədəki gərginlik fonunda diqqət çəkir.
Qrem daha sonra Kuba və regiondakı digər liderlərə də xəbərdarlıq edib. O, Vaşinqtonun aktiv siyasətini izah edərkən ABŞ ın Venesuela əməliyyatı çərçivəsində regiondakı hərəkət planlarını vurğulayıb.
Analitiklər qeyd edirlər ki, ABŞ ın daxilində İranla bağlı siyasi mesajlar bəzən daha kəskin hərbi və siyasi ritorika ilə verilir. Məsələn, ABŞ siyasətində “Make Iran Great Again” ifadəsi Tramp administrasiyası dövründə istifadə olunub və İran rejiminə qarşı dəyişiklik ideyasını vurğulamaq üçün işlədilir.
Cavid, BakuPost