Ru
23:52 / 06 Yanvar 2026

Özgür Özəldən yunan jurnalistə SƏRT CAVAB: Cəsarətiniz varsa... - VİDEO

Özgür Özəldən yunan jurnalistə SƏRT CAVAB: Cəsarətiniz varsa... - VİDEO
Eye

Yunanıstanlı özünü tanımayan, həddini bilməyən bir jurnalist "Ərdoğanı da belə götürəcəklər" deyib. Orada dayan! Türkiyə Cümhuriyyəti Prezidenti yox, prezident sarayının önündən 1 vətəndaşımızı belə götürməyə cəsarəti olan varsa buyursun!

Bakupost.az xəbər verir ki, bunu CHP sədri Özgür Özəl deyib.

O, 15 iyul hadisələrini xatırladaraq, Türkiyənin heç bir fərdinə xarici qüvvələrin toxuna bilməyəcəyini bəyan edib:

"15 iyulda ABŞ-ın dəstəklədiyi FETÖ əməliyyatı çərçivəsində özlərinin bəslədikləri, böyütdükləri ilə çevrilişə cəhd edildi. İlk telefonu bəndəniz etdi TBMM sədrinə: "Açın məclisi, çevriliş cəhdinə dirənəcəyik",- dedim. "Biz sandığı gətirən partiyayıq, heç kimə sandığı ələ keçirməsinə imkan vermərik",- bildirdim. Sandıqdan kim çıxırsa, millət nə deyirsə o olacaq! Biz ölkəmizdə nə seçilmişə, nə seçənə toxundurarıq. O seçilmiş zülm edirsə qarşısındayıq, amma bizim ölkəmizin istər AKP-lisi olsun, istər MHP-li, istər ən zirvədəki, istərsə də ucqar kəndindəki biri - saçına toxunacaqsansa, qarşında bizi görəcəksən!"

Asena,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar