Rusiyanın Belqorod vilayətində yerləşən neft bazasında güclü yanğın baş verib. Hadisə vilayətin Starıy Oskol rayonunda qeydə alınıb.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkovun bildirdiyinə görə, neft bazası pilotsuz uçan aparatın (PUA) hücumuna məruz qalıb. Zərbə nəticəsində yanacaq saxlanılan bir neçə rezervuar alovlanıb.
Hadisə yerinə fövqəladə hallar xidmətlərinin yanğınsöndürmə briqadaları cəlb olunub. İlkin məlumatlara əsasən, insident nəticəsində xəsarət alan olmayıb.
Yanğının miqyası və dəyən zərərin həcmi ilə bağlı əlavə məlumat verilmir.
Son dövrlər Rusiya–Ukrayna müharibəsi fonunda sərhəd bölgələrində yerləşən enerji və yanacaq infrastrukturu obyektləri pilotsuz uçan aparatların hücumlarına məruz qalır.
Cavid, BakuPost