Ru
18:15 / 04 Dekabr 2025

ABŞ “sülh planını” 4 hissəyə bölür – “The New York Times”

ABŞ “sülh planını” 4 hissəyə bölür – “The New York Times”
Eye

ABŞ Prezidenti Donald Tramp Moskva ilə Kiyev arasında razılığın Şükran Gününədək (Thanksgiving Day) əldə olunmasını istəyirdi. Lakin danışıqlar indi dayanıb və Ağ Ev yaxın zamanda razılaşma əldə olunmasının mümkün olub olmadığını qərarlaşdırmağa çalışır.

Bakupost.az “The New York Times”a (NYT) istinadən xəbər verir ki, ABŞ-ın hazırladığı sülh planı dörd əsas hissədən ibarətdir.

NYT-nin mənbələrinə istinadən verdiyi məlumata görə, planın bir hissəsi Ukraynanın suverenliyi ilə bağlıdır. Bu məsələyə gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin sayı və raketlərin məsafəsi ilə bağlı məhdudiyyətlər daxildir.

Digər hissələr isə ərazi məsələləri, ABŞ və Rusiya arasında iqtisadi əməkdaşlıq və Avropa təhlükəsizliyi ilə bağlıdır.

Məqalədə qeyd olunur ki, prezident Donald Tramp qarşısında üç seçim durur – Ukraynaya təzyiqi artırmaq, Rusiyaya təzyiq göstərmək, yoxsa danışıqlardan tamamilə çəkilmək. Sonuncu addım onun “24 saata müharibəni bitirəcəyini” vəd etdiyi təşəbbüslərin uğursuzluğunu qəbul etmək anlamına gələcək.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar