ABŞ Hərbi Dəniz Qüvvələri Venesueladan narkotik daşıyan gəmini məhv edib.
Bakupost.az-ın C-SPAN-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə keçirdiyi brifinqdə bildirib.
ABŞ prezidentinin sözlərinə görə, donanma yalnız bir gəmiyə hücum edib. O, külli miqdarda narkotik daşıyan başqa gəmilərin də olduğunu deyib. .
Xatırladaq ki, avqustun 28-də ABŞ Hərbi Dəniz Qüvvələri Venesuela sahillərinə səkkiz hərbi gəmi göndərib. Məqsəd Venesueladan daxil olan narkotrafikin dayandırılmasıdır.