Ru
16:55 / 18 İyul 2026

ABŞ vətəndaşlarına çağırış etdi: Bu ölkələrə getməyin!

ABŞ vətəndaşlarına çağırış etdi: Bu ölkələrə getməyin!
Eye

ABŞ bölgədəki yüksək gərginliyi əsas gətirərək vətəndaşlarını Livana və İsrailin şimal bölgələrinə səyahət etməməyə çağırıb.

"Bakupost" xəbər verir ki, bu barədə ABŞ-nin Beyrutdakı səfirliyi məlumat yayıb.

"Yaxın Şərqdəki yüksək gərginlik səbəbindən təhlükəsizlik mühiti mürəkkəb olaraq qalır və gözlənilməz eskalasiya potensialı var", - məlumatda bildirilir.

ABŞ-nin Qüdsdəki səfirliyi də oxşar bir xəbərdarlıq edərək bildirib ki, amerikalılar Taba keçidi istisna olmaqla, Qəzzaya, Şimali İsrailə və Misir sərhədinə səyahət etməməli və Yaxın Şərqə səyahət etməyi yenidən nəzərdən keçirməlidirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar