Ru
23:49 / 19 Avqust 2019

Abşeronda yol qəzasında 4 nəfər yaralandı

Abşeronda yol qəzasında 4 nəfər yaralandı
Eye

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost APA-ya istinadən  xəbər verir ki, minik avtomobilinin qəzaya uğraması zamanı maşında olan 4 nəfər - 1982-ci il təvəllüdlü Məmmədov Samir Ali oğlu, 1992-ci il təvəllüdlü Rəhimov İntiqam Məhərrəm oğlu, 1992-ci il təvəllüdlü Aslanov Samir Aslan oğlu və 1987-ci il təvəllüdlü Babayev Babək Nazim oğlu yaralanıb.


Xəsarət alan 4 nəfər təcili olaraq xəstəxanaya çatdırılıb. S.Məmmədova döş qəfəsinin və qarının küt travması, İ.Rəhimova boyunun əzilməsi, S.Aslanova qarının küt travması, B.Babayevə isə döş qəfəsinin küt travması diaqnozu qoyulub.


Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar