Ağ Evin ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi üçün şərti var.
Bakupost.az xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi deyib.
Nümayəndə bildirib ki, Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi təqdirdə, Tramp onunla danışıqlar aparacaq.
"Bu görüşün baş tutması üçün Putin Zelenski ilə görüşməlidir. Görüşün yeri hələ müəyyən edilməyib", - deyə o vurğulayıb.