ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə sammit keçirmək qərarı Ukraynanın Avropadakı əsas tərəfdaşları tərəfindən narazılıqla qarşılanıb.
Bakupost.az xəbər verir ki, "Washington Post"a danışan yüksəkçinli avropalı məmurun sözlərinə görə, bu görüşü ilk gündən Putin istəyirdi və Trampın onun təzyiqi ilə buna razılıq verməsi Qərbdə narahatlıq doğurub.
“Bütün gurultuya baxmayaraq, Tramp Putinə qarşı bir damcı da təzyiq göstərmədi”, – deyə avropalı rəsmidən sitat gətirilib.
Qeyd olunur ki, Avropa İttifaqında bu addım Rusiyaya güzəşt kimi qəbul edilir və Ukraynanın maraqlarının arxa plana keçməsi ilə bağlı ciddi suallar doğurur.