Ru
22:20 / 07 Avqust 2025

Saçlarını yeyən doqquz yaşlı Lalənin anası danışdı - VİDEO

Saçlarını yeyən doqquz yaşlı Lalənin anası danışdı - VİDEO
Eye

İyulun 30-da Qax rayon sakini olan 9 yaşlı qız ürəkbulanma, iştahasızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bakupost.az xəbər verir ki, aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilib. Azyaşlının anası Şəhanə Həmzəyeva övladının uşaqlıqdan öz saçlarını yediyini və bunun qarşısını ala bilmədiklərini söyləyib.

Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin sözlərinə görə, xəstə əməliyyat olunaraq yad cisim mədəsindən xaric edilib:

"Mədənin girəcəyindən çıxacağına qədər onikibarmaq bağırsaq da daxil olmaqla böyük ölçülü tük mənşəli yad cisim var idi. Əməliyyat zamanı yad cisim mədədən xaric edildi. Hazırda azyaşlının vəziyyəti yaxşıdır. Xəstənin növbəti günlərdə ambulator müalicəyə göndərilməsi planlaşdırılır".

Ətraflı Baku TV-nin süjetində:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar