Ru
00:08 / 08 Avqust 2025

İlham Əliyev ABŞ-da Uitkoffla görüşdü - FOTO

İlham Əliyev ABŞ-da Uitkoffla görüşdü - FOTO
Eye

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 7-də Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub.

Bakupost.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Sonra dövlətimizin başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü olub.

İlham Əliyev ABŞ-da Uitkoffla görüşdü - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar