Vaşinqtonda qəbul ediləcəyi gözlənilən digər qərar İrəvanın Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı şərtlərini qəbul etməsidir.
Bakupost.az xəbər verir ki, vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidinin təmin edilməli olduğunu bəyan edib. Dövlət başçımızın bu tələbi də Ermənistan tərəfindən qəbul edildi.
Belə ki, imzalanacaq Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur Dəhlizi reallaşır.