Ru
00:18 / 08 Avqust 2025

Tramp 907-ci düzəlişin icrası ilə bağlı sənəd imzalayacaq

Tramp 907-ci düzəlişin icrası ilə bağlı sənəd imzalayacaq
Eye

ABŞ Prezidenti Donald Tramp 907-ci düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq.

Bakupost.az xəbər verir ki, sənəd avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı imzalanacaq.

İlham Əliyevlə Donald Trampın uğurlu əməkdaşlığının nəticəsi olan bu qərar Azərbaycanın 33 ildir üzləşdiyi ədalətsizliyə son qoyacaq.

Qeyd edək ki, 1992-ci ildə Ermənistanın Azərbaycan ərazilərini işğalı davam edərkən ABŞ Konqresi Bakının Ermənistana qarşı guya blokadaya saldığını bəhanə edərək Azərbaycana dövlət yardımının göstərilməsini qadağan edən qanun qəbul edib.

ABŞ prezidentləri düzəlişi sonrakı illərdə müvəqqəti olaraq dayandırsalar da, Bayden-Blinken administrasiyası bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edərək onu yenidən tətbiq edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar