Ru
10:49 / 20 Dekabr 2025

Ağakərimdən danışan Ağamirzə: "Sonuncu dəfə 5 il bundan əvvəl danışmışıq" - VİDEO

Ağakərimdən danışan Ağamirzə: "Sonuncu dəfə 5 il bundan əvvəl danışmışıq" - VİDEO
Eye

"Biz Ağakərimə mütəmadi olaraq baş çəkirdik. 10-20 gündən bir biz onu ziyarət edirdik. Demək olar ki, hər gün oğlu ya da bacısı oğlanları ilə telefonla danışırdıq".

Bakupost.az xəbər verir ki, bu sözləri "Xəzər axşamı" verilişinə açıqlaması zamanı meyxanaçı Ağamirzə Məmmədov deyib.

O, həmkarı Ağakərimin (Kərim Novruzov) ötən gün günorta saatlarında vəfat etdiyini bildirib.

Meyxanaçı Ağakərimin 5 ildir danışma qabiliyyətini itiridiyini də vurğulayıb:

"Ötən gün gecə vəziyyəti pisləşib və təcili yardım çağırıblar. Bu gün də təcili yardım çağırıblar. Təxminən saat 16:00-da dünyasını dəyişdi. Heç kimin əlindən heç nə gəlmir. Bayaq sual verdilər ki, "Sonuncu dəfə Ağakərimlə nə vaxt, nə danışmısan?" Yadıma gəlmir, xatırlamıram. Danışa bilmirdi. Sonuncu dəfə 5 il bundan əvvəl danışmışıq".

Qeyd edək ki, Ağakərim (Kərim Novruzov) uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi.

O 1964-cü ildə Bakının Maştağa kəndində doğulub. 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medala layiq görülüb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar