Rusiya prezidenti Vladimir Putinin canlı mətbuat konfransında iştirak edən tamaşaçılar ciddi yoxlamadan keçiblər.
Bakupost.az “RBC life”a istinadən xəbər verir ki, tədbirə girərkən jurnalistlər və digər iştirakçıların şəxsi əşyaları - Böyük Britaniya bayrağı, portativ enerji blokları, elektron siqaretlərlə yanaşı armud, limon və banan kimi meyvələr də alınıb.

Təhlükəsizlik xidmətləri bu əşyaları zala buraxılmayan predmetlər hesab edib. Rəsmilər bunun təhlükəsizlik və səhnə texnikası üçün zəruri olduğunu iddia etsələr də, müşahidəçilər bu addımı sərt senzura və simvolik təzyiq kimi qiymətləndirirlər. Xüsusilə Böyük Britaniya bayrağı və sadə meyvələrin belə “təhlükə” hesab olunması ciddi tənqidlərə səbəb olub.
Jurnalistlərin bildirdiyinə görə, tədbir bitdikdən sonra əşyalarını geri götürmək mümkün olsa da, bu, siyasi simvollar və hətta qida məhsulları üzərində nəzarətin nə dərəcədə geniş olduğunu göstərir. Hətta sadə armud, limon və banan belə təhlükə kimi təqdim olunub.
Bu hadisə Putinin tədbirini təhlükəsizlik yoxlaması adı altında sərt nəzarət və senzura meydanına çevirmək cəhdi kimi qiymətləndirilir. Beynəlxalq müşahidəçilər bunun Rusiyada media və ictimaiyyət üzərində tətbiq olunan sıx nəzarətin göstəricisi olduğunu vurğulayırlar.
Cavid, BakuPost