Ru
10:50 / 20 Dekabr 2025

Bu şirkət Qarabağda işçiləri qanunsuz çalışdırıb - Cərimələndi

Bu şirkət Qarabağda işçiləri qanunsuz çalışdırıb - Cərimələndi
Eye

Tikinti sahəsində fəaliyyət göstərən “Royal Construction” şirkəti xeyli miqdarda cərimələnib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin tələblərini pozub.

Belə ki, əmək müqaviləsi olmadan işçi çalışdıran şirkət barədə protokol tərtib edilib. Məlum olub ki, “Royal Construction” Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində tikinti fəaliyyəti ilə bağlı çalışan əməkdaşları ilə əmək müqaviləsi imzalamayıb.

Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, “Royal Construction” 20 min manat məbləğində cərimələnib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar