Avqustun 21-də Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində partlayışdaağır xəsarətlər alan şəxs həyatını itirib.
TƏBİB-dən
Bakupost.az-a verilən məlumata görə, 1979-cu il təvəllüdlü kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin tibbi yardımdan sonra o, vəziyyətinin ağırlığı nəzərə alınaraq Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə edilib.
Həkimlərin səylərinə baxmayaraq, bədənin 85%-ni əhatə edən II-III dərəcəli termiki yanıq diaqnozu qoyulan xəstə 27 avqust saat 15:00-da vəfat edib.