Ağdam və Ağdərədə davam edən yanğınların söndürülməsinə iki helikopter cəlb edilib.
Bu barədə
Bakupost.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.
Yanğın baş verən ərazilərdə ardıcıl olaraq 3 dəfə mina partlayışı baş verib. Hazırda yanğının söndürülməsi prosesi davam edir.
Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Ətraflı Baku TV-nin süjetində: