Ru
13:38 / 23 İyul 2025

İranla sərhəddə ATIŞMA: 2 əsgər ÖLDÜRÜLDÜ

İranla sərhəddə ATIŞMA:  2 əsgər ÖLDÜRÜLDÜ
Eye

İranın İraqla sərhəd Kürdüstan bölgəsinin Banə rayonu ərazisində iki sərhədçi zabit silahlı qruplaşma üzvləri ilə qarşıdurma zamanı həlak olub.

Bakupost.az axar.az-a istinadla xəbər verir ki, ölkəyə daxil olmağa çalışan silahlı qruplaşma üzvlərinin açdığı atəş nəticəsində polkovnik-leytenant Səccad Ədib və kapitan Əli Budaq öldürülüb.

Rəsmi məlumatda qruplaşmanın adı açıqlanmadan onlara ağır zərbə vurulduğu bildirilib.

Hələlik heç bir təşkilat silahlı qarşıdurmanın məsuliyyətini öz üzərinə götürməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar