Moskvanın Zamoskvoretsk Rayon Məhkəməsi "Baza" "Telegram" kanalının baş redaktoru Qleb Trifonovu iki ay müddətinə - sentyabrın 20-dək həbs edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Qeyd olunur ki, o, bir qrup şəxsə rüşvət verməkdə ittiham olunur. İstintaqın versiyasına əsasən, Trifonov polis əməkdaşlarından xidməti məlumatları pul müqabilində əldə edib və həmin məlumatları sonradan "Telegram" kanalında yayımlayıb.
Oxşar ittiham prodüser Tatyana Lukyanovaya qarşı da irəli sürülüb. Məlumata görə, verilən rüşvətin ümumi məbləği təxminən 100 min rubl (təqribən 2 170 manat) təşkil edib. Bildirilir ki, jurnalistlər özlərini təqsirli hesab etmirlər.
Rüşvət işi ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar, Krasnoyarsk və Belqorod vilayətlərindən olan bir neçə əməkdaşı da saxlanılıb.